...

Xocavənddə silah-sursat aşkar edilib

Siyasət Digər xəbərlər 14 Yanvar 2022 11:11
TurkicWorld Mustafa Askerbeyli
Xocavənddə silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan TurkicWorld-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.

Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti