Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə paylaşımda qeyd olunub.