Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!

Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

bayraqlarda hilalımız”.