Ərdoğan İsrailli həmkarına anasının vəfatı ilə bağlı başsağlığı verib

Ərdoğan İsrailli həmkarına anasının vəfatı ilə bağlı başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti İsaak Herzoq arasında telefon danışığı baş tutub.

TurkicWorld yerli KİV-lərə istinadən xəbər verir ki, Ərdoğan İsrailli həmkarına anasının vəfatı ilə bağlı başsağlığı verib.

Türkiyənin dövlət başçısı Herzoqa və ailəsinə səbr diləyib, xalqı və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.