Çavuşoğlu Çinli həmkarı ilə görüşüb

Çavuşoğlu Çinli həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Çinin XİN rəhbəri Vanq İ arasında görüş keçirilib.

TurkicWorld-un "Anadolu"ya istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əlaqələri və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediblər.

Türkiyə diplomatiyasının rəhbəri gündəmdəki aktual məsələlər, o cümlədən Çindəki uyğurların vəziyyəti ilə bağlı Ankaranın gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.