Lavrov və Çavuşoğlu Qazaxıstan rəhbərliyinin ölkədə nizamın bərpası üzrə səylərini dəstəklədikərini bildirib

Lavrov və Çavuşoğlu Qazaxıstan rəhbərliyinin ölkədə nizamın bərpası üzrə səylərini dəstəklədikərini bildirib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Qazaxıstandakı vəziyyətin müzakirəsi ilə bağlı telefon danışığı keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya XİN bildirib.

Nazirlər Qazaxıstan rəhbərliyinin ölkədə konstitusion nizamın bərpası üzrə səylərini dəstəklədikərini bildirib.

"Qazaxıstandakı hadisələrlə əlaqədar nazirlər ölkə rəhbərliyinin səylərinə dəstəklərini ifadə edib. Lavrov Qazaxıstan prezidentinin müraciətinə əsasən KTMT xətti ilə ölkə rəhbərliyinə xaricdən ölkənin bütövlüyünün zorakı yolla pozulması cəhdlərinə qarşı görülən tədbirlər barərə həmkarını məlumatlandırıb", - deyə nazirliyin məlumatında deyilir.