Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşündə məqsədə çatılıb - Zaxarova

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşündə məqsədə çatılıb - Zaxarova

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin Moskva görüşündə qarşıya qoyulan məqsədə nail olunub.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz hesab edirik ki, iki ölkənin ictimaiyyət nümayəndələrinin görüşündə qarşıya qoyulan məqsədlər, yəni qonşu ölkələrin elmi, yaradıcı elita nümayəndələri arasında mehriban ünsiyyətin qurulması, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün əlverişli mühitin yaradılmısına nail olunub. İştirakçılar Azərbaycan və Ermənistan xalqları arasında etimadsızlıq səviyyəsinin azaldılmasında ziyalıların rolunu qiymətləndirdiklərini bildiriblər", - deyə M.Zaxarova qeyd edib.

O vurğulayıb ki, Rusiya bu cür təşəbbüsləri hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edəcək.

"Biz predmet razılaşmalara gətirib çıxaran və bir sıra istiqamətlərdə irəliləmək üçün uyğun mühit yaradan birləşdirici gündəliyi çox aktual hesab edirik. Ona görə də bu cür təmasları gələcəkdə müntəzəm şəkildə, o cümlədən Azərbaycanda və Ermənistanda təşkil etməyə ümid edirik", - M.Zaxarova deyib.

Qeyd edək ki, dekabrın 23 və 24-də Moskvada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşü keçirilib.