Helikopter qəzası zamanı küləyin sürəti qadağanedici həddə olmayıb - Sənan Paşayev

Helikopter qəzası zamanı küləyin sürəti qadağanedici həddə olmayıb - Sənan Paşayev

Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilmişdir. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazi küləyin sürəti saniyədə 16-17 metr təşkil edilib. Küləyin sürəti qadağan edici səviyyədə olmayıb.

Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev bu gün "Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.

"Ona görə də helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb. Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını İstehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı qəza olmayacaqdı", - deyə istintaq qrupunun rəhbəri bildirib.