"Tərtər işi" ilə bağlı" təhrif olunmuş məlumatlar yayan şəxslərə xəbərdarlıq edilib

"Tərtər işi" ilə bağlı" təhrif olunmuş məlumatlar yayan şəxslərə xəbərdarlıq edilib

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti "Tərtər işi" ilə bağlı" qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslərə xəbərdarlıq edib.

TurkicWorld-un məlumatına yayılan birgə məlumatda qeyd olunub ki, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.