Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

Bakı. TurkicWorld:

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə bildirilib ki, uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb.

Bildirilib ki, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.