Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov

Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov

Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, BMT-nin məlum qətnamələri 30 il kağız üzərində qalmışdı. Ədalət Məhkəməsi 6 əsas qurumdan biridir. Məhkəmə qərarı olduğuna görə, bir qayda olaraq əvvəlki illərin presidentlərinə baxsaq dövlətlər üzərində qərarın yerinə yetirilməsi üzrə ciddi təzyiqlər olur.

"Ədalət Məhkəməsi üçün qərarının icra olunması prinsipial məsələsidir. Yeni mexanizm yaradılıb. Qərarlarla bağlı 3 hakimdən ibarət komitə formalaşdırılıb. Qərarlar icra olunmadığı təqdirdə məhkəmə sədrinə məlumat verilir. Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın. Ermənistanda Türkfobiya, Azərbaycanfobiya aparılır. Bu məsələ gələcək nəsillər üçün önəmli məsələdir. Hesab edirik ki, konvensiya çərçivəsində əldə edilən ən böyük uğurlardan biri budur", - deyə E.Məmmədov əlavə edib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.