Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu

Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu

Bu gün Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir. Amma yenə də təbii ki, burada üstünlük qalib Azərbaycanındır.

TurkicWorld- un məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verlişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Ermənistanın burada qorxusu sadəcə dəhlizin açılması deyil.

“Ermənistanın qorxusu dəhlizin təhlükəsizliyinin kim tərəfindən təmin olunacağıdır. Çünki burada müxtəlif fərziyyələr var. Bir verisyaya görə, Azərbaycan Ordusu dəhlizin təhlükəsizliyni təmin edəcək. Digər bir versiyada isə orada türk və rus kontigentinin olacağı deyilir. Bu da əsla Ermənistanın maraqlarına xidmət etmir. Ermənistan cəmiyyəti bu gün bu məsələni gündəmə gətirməsə də, zaman-zaman istər Qərb mediasında, istər ərəb mediasında bu kimi fikirlər səsləndirilir.

Dəhliz, əslində, Ermənistanın da maraqlarına xidmət edir. Lakin məsələ təhlükəsizlik məsələsidir. Orada türk ordusu olacaq və ya olmayacaq? Olmayacaqsa, təhlükəsizliyi kim təmin edəcək? Buna Fransanın mövqeyi necə olacaq? Çünki Ermənistanın ümid yeri Amerika və Fransadır. Ermənistan Minsk qrupunun aktivliyini gündəmə gətirmək istəyir. Amma Rusiya digər üzvləri bölgədə görmək istəyir, ya istəmir? Bütün bu hallar Ermənistanı bu gün dalana sürükləyən amillərdir”, - deyə o bildirib.