Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycana başsağlığı verib

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycana başsağlığı verib

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanda qəzaya uğrayan helikopterlə əlaqədar Azərbaycanın müdafiə naziri general Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə başsağlığı verib.

TurkicWorld-un TRTHaber-ə istinadən məlumatına görə, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general Quliyevlə telefon danışığı aparıb. Görüşdə nazir Akar Dövlət Sərhəd Xidmətinin Karaheybətlidə qəzaya uğrayan helikopterində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.