...

Ermənistan İrəvanın memarlıq simasını tamamilə dəyişib, İrəvan qalasının izini silib - Fuad Axundov

Siyasət Digər xəbərlər 25 Noyabr 2021 10:24
Bakı TurkicWorld Aytac Aliyeva
Ermənistan İrəvanın memarlıq simasını tamamilə dəyişib, İrəvan qalasının izini silib - Fuad Axundov

Ermənistan İrəvanın memarlıq simasını tamamilə dəyişib, İrəvan qalasının izini silib. Orada yalnız Göy məscid qalıb.

TurkicWorld-un məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanda 850 bina dağıdılıb.

"Ermənilər dünyaya car çəkir ki, Yerevan qədim şəhərdir, amma tarixi yerlə bir ediblər. 2000 toponimi tamamilə dəyişdiriblər. Ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir. Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Bütün Alban kilsələrini erməniləşdirməyə çalışıblar” - deyə, F.Axundov bildirib.

Dövlət rəsmisi qeyd edib ki, ermənilər işğal dövründə də Azərbaycan ərazilərini dağıdıb satıblar. "Cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənilər bizim tarixi köklərimizi, izimizi silmək istəyirdilər. Hətta İkinci Dünya Müharibəsindən sonra da biz belə dağıntılar görməmişdik. O zaman olan dağıntılar şiddətli döyüşlərin nəticəsində baş vermişdi. Biz bu erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq" - deyə, F.Axundov əlavə edib.

Məqalədə:
REKLAM
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
REKLAM
Xəbərlər

Xəbər lenti