...

Ceyhun Bayramov Banqladeşin yeni səfiri ilə görüşüb

Siyasət Digər xəbərlər 24 Noyabr 2021 16:16
Bakı TurkicWorld Aytac Aliyeva
Ceyhun Bayramov Banqladeşin yeni səfiri ilə görüşüb

24 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkeri qəbul edib.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, nazir yeni təyinatı münasibətilə Banqladeş səfirini təbrik edib.

O, ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və bir-sıra sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan və Banqladeşin beynəlxalq platformalarda əməkdaşlığı vurğulanıb.

Səfir Qousal Azam Sarker ölkəsinin, ikitərəfli ənənəvi bağlar üzərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O siyasi və mədəni sahələrdə münasibətlərin inkişafından məmnunluqla danışıb və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğunu söyləyib.

Tərəflər, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən insanlar arasında əlaqələr, təhsil, turizm, sənaye və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də qlobal çağırışlara cavab olaraq, o cümlədən pandemiya ilə mübarizədə atılan addımlar, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq, bu xüsusda Banqladeş tərəfindən keçmiş münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verilən dəstək, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
REKLAM
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
REKLAM
Xəbərlər

Xəbər lenti