Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Bakı. TurkicWorld:

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.