Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə görüş olacaq.

Trend bu barədə TASS-a istinadən xəbər verir.

Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcək.

Kremldən bildiriblər ki, liderlər Soçidə Qarabağda dinc həyatın qurulması və sabitliyin gücləndirilməsi üzrə gələcək addımları müəyyənləşdirəcək.