...

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Siyasət Digər xəbərlər 23 Noyabr 2021 15:01
Ankara TurkicWorld Aytac Aliyeva
Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.

"AK Parti millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq",- deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti