Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan XİN-in twitter hesabında edilən paylaşımda bildirilib.

"Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk" deyə - paylaşımda deyilir.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub.