Türkiyəni inkişaf etdirmək və gücləndirmək üçün gecə-gündüz mübarizəyə davam edirik - Rəcəb Tayyib Ərdoğan

Türkiyəni inkişaf etdirmək və gücləndirmək üçün gecə-gündüz mübarizəyə davam edirik - Rəcəb Tayyib Ərdoğan

Paytaxt Ankarada Nazirlər Kabineti iclasından sonra Ərdoğan şərh paylaşıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirus (Covid-19) epidemiyasına qarşı tədbirli davranmağa davam etməyin lazım olduğunu bildirib.

"Məktəblərimizdə təlim-təhsil davam edir. İş yerlərimiz çalışır. Sahib olduğumuz bu imkanların istifadəsini davam etdirmək üçün tədbiri əldən buraxmaq olmaz. Peyvənd olmayanların və ya peyvəndi əskik olanların tezliklə səhiyyə qurumlarına müraciət etmələri tövsiyəmizi bir daha xatırladırıq. Salınan yollar, körpülər, hava limanları, dəmir yolları ilə Pekindən Londona qədər uzanan ən güclü loqistik infrastruktur Türkiyəyə məxsusdur. Müdafiə sənayemiz ölkəmizin ən mühüm gəlir yerlərindən birinə çevrilir" - deyə o qeyd edib.

Türkiyəni inkişaf etdirmək və gücləndirmək üçün gecə-gündüz mübarizəyə davam edirik”.