Peyvəndlənmə sayəsində dünya ölkələri artıq bərpa olunmaq üzrədir - Kristalina Georgiyeva

Peyvəndlənmə sayəsində dünya ölkələri artıq bərpa olunmaq üzrədir - Kristalina Georgiyeva

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT COVID-19-dan sonrakı dünyaya aid olan məsələləri müzakirə edir.Buna görə sizi təbrik edirəm. Bu, əslində, bizdə nikbinlik yaradır ki, COVID-19 artıq geridə qalır və biz hamı üçün daha yaxşı gələcəyin qurulmasına çalışırıq. Kütləvi dəstək və peyvəndlənmə sayəsində dünya ölkələri artıq bərpa olunmaq üzrədir.

TurkicWorld xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyeva VIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Ölkələr arasında peyvəndlərin bərabər paylanması, eyni zamanda, həmrəylik üçün şəraitin yaradılmasının vacibliyini vurğulan Kristalina Georgiyeva deyib ki, indi əsas məqsəd bu ilin sonuna qədər dünya ölkələri əhalisinin 40 faizi peyvəndlənməsidir.

“Biz ən ağır çətinliklərin aradan qaldırılmasına çalışmalıyıq. Bir səylər göstərərək təhlükəsiz dünyamızı təmin edə bilərik. Çünki bizim qarşımızda olan məqsədlər eynidir – hamı üçün daha yaxşı dünya qurmaq”, - deyə Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru qeyd edib.