DTX tərəfindən aşkarlanan faktlar Fransanın imkanlarını aşan iddialarının təhlükəliliyini nümayiş etdirir

DTX tərəfindən aşkarlanan faktlar Fransanın imkanlarını aşan iddialarının təhlükəliliyini nümayiş etdirir

Bakı. TurkicWorld:

Öncə qeyd edim ki, Fransa casus şəbəkəsinin birbaşa fəaliyyəti Cənubi Qafqaz, bütövlükdə isə postsovet məkanı üçün ənənəvi deyil. Bir qayda olaraq, Fransa kimi ölkələr bu istiqamətdəki fəaliyyətlərini müxtəlif beynəlxalq təşkilatlar, donor təsisatlar vasitəsilə, yaxud Qərb blokuna daxil olan ölkələrin kəşfiyyat qurumlarının tərkibində, məxfi informasiyaların paylaşılması yolu ilə həyata keçiriblər.

Frasanın səfirliklərinin rezidenturası, yaxud Faransa şirkətlərinin əməkdaşları vasitəsilə həyata keçirilən casusluq fəaliyyəti isə, artıq bu ölkənin diplomatik təmsilçilərinə və vətəndaşlarına münasibətdə, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də xüsusi yanaşma tətbiq edilməsini zəruri edir.

Həmçinin, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkara çıxarılan bu faktlar Fransanın imkanlarını aşan iddialarının təhlükəliliyini nümayiş etdirir. Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeninin vəsifəsindən azad edilməsi, casus şəbəkəsinin ifşasının rəsmi Paris üçün çox ciddi nəticələrə yol açacağından xəbər verir.

Qeyd edim ki, bir neçə gün öncə Burkina-Fasoda Fransa xarici kəşfiyyat baş idarəsinin 4 əməkdaşı casusluqda şübhəli bilinərək saxlanılmışdı. Onlar Fransanın bu ölkədəki səfirliyinə “texniki işlərin yerinə yetirilməsi” adı altında göndərilmişdilər və araşdırmalar nəticəsində bəlli olmuşdu ki, saxlanılan şəxslər, əslində, xüsusi xidmət orqanının peşəkar əməkdaşlarıdırlar.

Bu faktın özü isə təsdiqləyir ki, Fransa müxtəlif ölkələrdəki diplomatik missiyalarından və bu missiyalarla davamlı, məxfi əlaqələr üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının yaratdığı imkanlardan sui-istifadə edir. Bu isə öz növbəsində Fransanın diplomatik missiyalarının fəaliyyətinə yenidən baxılmasını zəruri edir.

Elçin Mirzəbəyli, siyasi şərhçi