...

Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova

Siyasət Digər xəbərlər 21 Oktyabr 2021 19:55
Moskva TurkicWorld Tasnem Ismukhan
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova

Rusiyanın biznes nümayəndələri bu ilin sonuna kimi Azərbaycana bir neçə işgüzar səfər etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

"İşgüzar missiya əməkdaşlığın perspektivli sahələrini müəyyən etmək üçün bu il iyulun 23-də Bakıda səfərdə olub. 17-18 noyabrda bir qrup yerli şirkət Azərbaycana yenidən səfər etməyi planlaşdırır" - deyə, Zaxarova qeyd edib.

Zaxarova bildirib ki, Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır: "Biz bu cür birgə işi Moskva ilə Bakı arasındakı əlaqələrin vacib bir komponenti hesab edirik və bunun təşviqi üçün əlimizdən gələni edəcəyik".

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti