Ərdoğan Azərbaycana səfər edəcəyini təsdiqlədi

Ərdoğan Azərbaycana səfər edəcəyini təsdiqlədi

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

O bildirib ki,Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastrukturlarla bağlı layihələrin açılışında da iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.