...

Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib

Siyasət Digər xəbərlər 20 Oktyabr 2021 23:43
Moskva TurkicWorld Aytac Aliyeva
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

TurkicWorld-un Rusiya hökümətinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun iclasını keçiriblər.

Oktyabrın 20 -də Moskvada tərəflər Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsini keçiriblər. İclas zamanı Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini və Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 yanvar 2021 -ci il tarixli Bəyanatının çərçivəsində həyata keçirilən işlərin gedişatı müzakirə edilib.

Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
REKLAM
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
REKLAM
Xəbərlər

Xəbər lenti