Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir

Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir

Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Slovakiya üçün vacib tərəfdaşdır.

Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirən nazir qeyd edib ki, ərazi bütövlüyü prinsipinə riayət olunması vacibdir.

İ.Korçok əlavə edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.