...

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Ceyhun Bayramov

Siyasət Digər xəbərlər 19 Oktyabr 2021 13:51
TurkicWorld Aytac Aliyeva
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Ceyhun Bayramov

Azərbaycan beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun üçün üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi vacibdir və Azərbaycan bu bəyanatla üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.

C.Bayramov qeyd edib ki, revanşist və ya əməkdaşlq yolunu tutmaq Ermənistanın öz qərarıdır: “Azərbaycan əməkdaşlığa dair müsbət addımlara hər zaman müsbət cavab verir. Ancaq Azərbaycana qarşı hər hansı təhdid olarsa, onlar da adekvat cavablandırılacaq".

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti