Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və liderliyi, Ordunun gücü, Xalqın qələbə əzmi qələbəni şərtləndirən əsas amillərdən oldu - Sevil Mikayılova

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və liderliyi, Ordunun gücü, Xalqın qələbə əzmi qələbəni şərtləndirən əsas amillərdən oldu - Sevil Mikayılova

Bakı. TurkicWorld:

2020-ci il 8 noyabr Zəfər Bayramı çağdaş dövrümüzdə Azərbaycan xalqının qələbə salnaməsini yaratmaqla uzunəsrlik tariximizin əzəmətli səhifəsini açdı.

Bunu TurkicWorld -ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, keçmiş Sovetlər birliyindən müstəqilliyini qazanmış xalq yeni respubluka quruculğu dövrünə böyük, həlli çətin işğal problem ilə daxil olmuşdu. 1 milliyondan artıq qaçqın və məcburi köçkün həyatına məhkum edimiş vətəndaşların problemləri ölkədə humanitar böhran yaratmışdı.

"1993-çü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən torpaqlarının işğaldan azad edilməsi kimi ali məqsədi dövlət siyasətinin əsas xətti kimi müəyyənləşdirdi. Xalqımızın işğalla heç zaman barışmayacağını bildirən Ulu Öndər, "Biz mütləq qayıdacağıq" deyə hər kəsi mübarizəyə səsləyirdi. Prezident İlham Əliyevin hakimiyyəti gəlişi ilə bu dövlət strategiyasının icrası istiqamətində böyük addımlar atıldı. Sülh danışıqlarını səbrlə davam etdirən dövlətimiz mövcud reallıqlarda münaqişənin dinc yolla həlli imkanlarının get-gedə tükəndiyini artıq hiss edirdi. Yalnız güclü dövlət, güclu ordu və Güclü Lider mövcud status-kvonu dəyişə bilərdi. Və belə də oldu. 27 senytabrda başlayan anti-hücum əməliyyatları nətcəsində Ali BAş Komandan İlham Əliyevin sərkərdiliyi ilə Azərbaycan Ordusu fenomenal qələbəyə imza atdı. Vətən torpaqları işğaldan azad olundu, uzun onilliklər bizə sırınan Qarabağ münaqişəsi cəmi 44 günə dünyanın siyasi gündəliyindən birdəfəlik çıxarıldı.

Sözsüz, Vətən müharibəsində qələbəmizi təmin edən bir çox səbəblər var idi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və liderliyi, Azərbaycan ordusunun gücü, Xalqın qələbə əzmi və dövlət-xalq-ordu birliyi qələbəni şərtləndirən əsas amillərdən oldu", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, artıq Azərbaycanın qalib gələrək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş ərazilərini azad etdiyi Vətən müharibəsindən 3 il ötür. Bu xeyrin şər üzərində qələbəsi, ədalətin bərpası tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Bu tarixi Zəfər təkcə döyüş meydanında əldə edilən bir qələbə deyildi, bu həm də xalqımızın mənəvi qələbəsi, 100 illər boyu xalqımza qarşı terror və cinayətlər törədən erməni vandalizminə tarixi bir dərs idi.

"Müharibədə ordu sıralarında peşəkarlaşan hərbiçilərlə yanaşı könüllü şəkildə döyüşə qatılan çox sayda vətəndaşlarımız var idi. Bu ilk növbədə vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verirdi. Qarşı tərəfdən minlərlə fərari olmasına baxmayaraq Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb.

Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgərinin iradəsi qarşısında dura bilmədi", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova qeyd edib ki, İkinci Qarabağ müharibəsi rəsmi İrəvanın kapitulyasiya aktına imza atması ilə nəticələndi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü

"Azərbaycan Ordusu müharibədə qazandığı tarixi zəfərlə adını dünya hərb tarixinə yazdırdı, bu gün də Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar hərbi məktəblərdə öyrənilir, tədris olunur.

Azərbaycan post müharibə dövründə də azad etdiyi ərazilərində apardığı bərpa-quruculuq işlərində də əsl beynəlxalq nümunə ortaya qoydu. Erməni qəsbkarlar tərəfindən məhv edilmiş, dağıdılmış ərazilər yenidən qurulur, bərpa edilir.

2023-cü ildə isə bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi suvernliyi tam təmin edildi. Azərbaycan ərazisində separatçı rejimin kökü kəsildi. Müqəddəs bayrağımız indi Xankəndidə dalğalanır.

Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir", - deyə S.Mikayılova əlavə edib..

S.Mikayılova onu da əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli ölkənin bundan sonrakı hərtərəfli inkişafına daha böyük təkan verəcək.

"Bütün xalqımızı tarizi Zəfərimiz münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bizə bu qələbəni yaşadan qəhrəman övladlarımızı heç vaxt unutmayacaq və Şəhidlərimizin əziz xatirəsini daim yaşadacaq", - deyə S.Mikayılova əlavə edib.