Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır - Dövlət Departamenti

Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır - Dövlət Departamenti

Bakı. TurkicWorld:

Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır.

TurkicWorld-un çərşənbə axşamı verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Beynəlxalq aləmdə baş verən hadisələrlə yanaşı, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır. Dövlət Departamenti bu məsələ ilə məşğul olmağa davam edəcək".

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.