Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat

Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat

Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında və tikintisində, eləcə də Qarabağ bölgəsində kənd təsərrüfatının bərpasında iştirak edə bilər.

Bunu bazar ertəsi TurkicWorld-a Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib.

O bildirib ki, Ağdama səfəri zamanı işğalçıların törətdiyi dağıntıların şahidi olub: "Bütün şəhər dağıntılar içindədir. Amma bizə Ağdamın bir neçə ildən sonra necə olacağı ilə bağlı görüntülər təqdim etdilər. Təqdim olunan investisiya layihələrini Ukrayna tərəfinə ötürəcəyik. Yəqin ki, bizim şirkətlər Ağdam şəhərinin bərpasında və tikintisində, eləcə də Qarabağ bölgəsində kənd təsərrüfatının bərpasında iştirak edə bilər".

Deputat əlavə edib ki, Ukrayna hər zaman alternativ enerji mənbələri axtarır və Azərbaycan neft və qazı bu cür mənbədir: "Ukrayna bazarında SOCAR çox yaxşı təmsil olunur. Fikrimcə, biz qaz və neft sahələrində əməkdaşlığı genişləndirəcəyik".