Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov

Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov

Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusilə əngəl törədir.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan mina xəritələri ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir:

“Ermənistan uzun müddət ərzində mina xəritələrini təqdim etmirdi. Bunun nəticəsində 167 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Yalnız 8 aydan sonra xəritələrin kiçik bir hissəsini təqdim etdilər və onların da keyifəyyiti çox aşağı səviyyədədir”.