Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.