Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kandil rayonunda 3 PKK terrorçusunu zərərsizləşdiriblər.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Terrorçuların gizlənəcək yeri yoxdur. Heç bir yer onlar üçün təhlükəsiz deyil. İraqın şimalındakı Kandil rayonunda aşkarlanan 3 PKK terrorçusu hava əməliyyatı zamanı zərərsizləşdirilib".