Ermənistanın Qırğızıstanda keçirilməsi planlaşdırılan görüşlərdən imtina etməsindən təəssüflənirik - XİN

Ermənistanın Qırğızıstanda keçirilməsi planlaşdırılan görüşlərdən imtina etməsindən təəssüflənirik - XİN

Bakı. TurkicWorld:

Biz Ermənistanın bu gün Qırğızıstan Respublikasında keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistanın liderlərinin və xarici işlər nazirlərinin görüşündən imtina etməsindən təəssüflənirik.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

Elnur Məmmədov qeyd edib ki, tərəflər arasında növbəti görüşün Avropa İttifaqının himayəsi altında bu ayın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Buna Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığı səbəb olub. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Qırğızıstanın Bişkek şəhərində keçirilən zirvə görüşündə iştirakdan imtina edib.