Bu gün Ermənistanın humanitar hüquq prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşmiş Gəncə şəhərinə hücumundan bir il ötür.
TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində yazılıb.
Nazirlik günahsız qurbanları kədər və hüznlə xatırladıqlarını bildirib.