Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop

Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop

BMT də daxil olmaqla bütün təşkilatlar tərəfindən Azərbaycana məxsusluğu qəbul edilən ərazilərin işğaldan azad edilməsi və hər qarışında Azərbaycan bayrağının dalğalanması TÜRKPA ölkələri olaraq hamımızı məmnun edib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop bu gün parlamentdəki çıxışı zamanı 27 Sentyabr- Anım Günü münasibətilə açıqlamasında deyib.

O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib: "Dünən vaxtilə işğal altındakı Qarabağı azadlığa qovuşduran şanlı vətən müharibəsinin ildönümü idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm, şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. Bölgədə sabitliyin bərqərar olunması üçün hər cür dəstəyi göstəririk, gələcəkdə də dəstəyi davam etdirəcəyik".

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.