Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

Bakı. TurkicWorld:

11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində "Azərbaycan" otağının açılış mərasimində iştirakı planlaşdırılıb.