...

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir

Siyasət Digər xəbərlər 25 Sentyabr 2021 16:35
TurkicWorld Aytac Aliyeva
“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Müdafiə Nazirliyindən TurkicWorld-a bildirilib ki, təlimin senarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.
Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti