Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev bildirib: "İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələlər üzrə müzakirələrimizi davam etdirmək xoş oldu. Ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiq etdik, həmçinin akademik və tədqiqat üzrə əməkdaşlığın əhəmiyyətini vurğuladıq".