Türkiyə yeni PUA-sını nümayiş etdirib

Türkiyə yeni PUA-sını nümayiş etdirib
Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı "Teknofest" – Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib. TurkicWorld-un məlumatına görə, sözügedən PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb. TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız "Anadolu"ya açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verməlidir. Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir