Azərbaycanda miqrantların inteqrasiyası ilə bağlı tərəqqi var - Avropa Komissiyasının hesabatı

Azərbaycanda miqrantların inteqrasiyası ilə bağlı tərəqqi var - Avropa Komissiyasının hesabatı

Bakı. TurkicWorld:

İrqçilik və dözümsüzlük əleyhinə Avropa Komissiyası (ECRI) Azərbaycanda miqrantların inteqrasiyası sahəsində əldə edilmiş tərəqqini müsbət qarşılayır.

TurkicWorld cümə axşamı xəbər verir ki, bu barədə ECRI-nin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2016-cı ilin mart ayında əvvəlki hesabatın qəbulundan sonra bir sıra sahələrdə irəliləyiş əldə edilib və yaxşı təcrübələr qazanılıb.

"İnsan hüquqları ilə bağlı mövzular kurikulumlar üzrə tədris olunan bir neçə fənnə daxil edilib. Azərbaycanda qeyri-qanuni olaraq yaşayan miqrantların hüquqi statusunun nizamlanması istiqamətində hakimiyyət orqanlarının səyləri və regional miqrasiya idarələri qarşısında yaşayış yerinin qanuniləşdirilməsilə bağlı çağırışlar müsbət nəticə verib: ölkədə bu şəxslərin sayı 2021-ci ildə on faiz azalıb. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun artıq internetdə irqçi nifrət nitqinə qarşı mübarizə istiqamətində internet provayderlərinə və fiziki şəxslərə zorakılığı, dini ekstremizmi təbliğ edən və ya nifrət doğuran hər hansı məlumatın yayılmasını qadağan edir. Bu cür qanunsuz məzmun qaldırılmalı və səkkiz saat ərzində silinməlidir", - materialda deyilir.

ECRI miqrantların inteqrasiyası və inklüzivliyini, həmçinin ictimai xidmətlərə və onlara təqdim olunan güzəştlərə çıxışını yaxşılaşdırmaq istiqamətində əhəmiyyətli səylər göstərildiyini qeyd edir.

"Həmçinin iş və yaşayış icazələrinin verilməsi də elektron prosedurlar vasitəsilə sadələşdirilib və sürətləndirilib. Daimi yaşayış yeri olan əməkçi miqrantlar Azərbaycan vətəndaşları ilə eyni sosial müdafiə hüquqlarından yararlanırlar və qaçqınlar isə 2020-ci ildən etibarən əmək bazarına daxil olmaq hüququna sahibdirlər", - hesabatda deyilir.