"Bayraktar TB2" Küveyt səmalarında uçacaq

"Bayraktar TB2" Küveyt səmalarında uçacaq

Bakı. Trend:

"Baykar" və Küveyt Müdafiə Nazirliyi arasında "Bayraktar TB2"nin ixracı üçün müqavilə imzalanıb.

Bu barədə Trend-ə Türkiyənin "Baykar" şirkətindən bildirilib.

"2019-cu ilin iyul ayından davam edən prosesdə Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı müsabiqənin qalibi Türkiyənin "Baykar" şirkəti olub. Beynəlxalq aləmdə özünü doğrultmuş "Bayraktar TB2" üçün Küveyt Müdafiə Nazirliyi ilə 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, "Bayraktar TB2" üçün ixrac müqaviləsi imzalanan ölkələrin sayı 28-ə çatıb", - deyə məlumatda qeyd edilir.