Yaponiyada quş qripi 100 mindən çox toyuq məhv edilib

Yaponiyada quş qripi 100 mindən çox toyuq məhv edilib

Bakı. TurkicWorld:

Yaponiyanın Miyazaki prefekturasında quş qripi epidemiyası səbəbindən 100 minə yaxın toyuq məhv edilib.

TurkicWorld xəbər verir ki , quş qripi xəstəliyi şübhəsi bir gün əvvəl Kavaminami şəhərində yumurta istehsal edən toyuq fermasıda qeydə alınıb.

Daha sonra isə, analizlər fermada quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib.

Mütəxəssislər bunu keçən il sentyabrın sonlarında başlayan köçəri quşların adi vaxtdan tez gəlməsi və virusun müxtəlif bölgələrdə yayılması ilə əlaqələndirirlər. Quş qripi artıq Yaponiyada toyuq yumurtasının qiymətinin 29 ilin ən yüksək səviyyəsinə qalxmasına səbəb olub.