Avropa İnsan Haqları Məhkəməsi Fransada ifrat sağçı Erik Zemmura qarşı hökm çıxarıb

Avropa İnsan Haqları Məhkəməsi Fransada ifrat sağçı Erik Zemmura qarşı hökm çıxarıb

Bakı. TurkicWorld:

Fransada ifrat sağçı Erik Zemmur barəsində müsəlmanlar əleyhinə səsləndirdiyi fikirlərinə görə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən hökm çıxarılıb.

Hökmə əsasən, 2016-cı ildə Fransa televiziyasında çıxışı zamanı müsəlman icmasına qarşı ayrı-seçkilik və dini nifrətin qızışdırılmasına görə Fransa hüquq mühafizə orqanları tərəfindən son prezident seçkilərinə namizəd olan Zemmurun ifadə azadlığına müdaxilə olunması üzrə mühakimə oluması qüvvədə saxlanılıb.

TurkicWorld-un məlumatına görə, AİHM hesab edir ki, bütün bunlara rəğmən Fransa hüquq orqanları 2021-ci ildə son prezident seçkiləri kompaniyası zamanı “Reconquête” partiyasını təmsil etmiş namizəd Erik Zemmurun ifadə azadlığı məhdudlaşdırılmayıb.

Xatırladaq ki, bu il Fransada keçirilmiş prezident seçkilərinə namizədliyini irəli sürmüş və əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olmuş Erik Zemmur 2016-cı il sentyabrın 16-da “Un quinquennat pour rien” adlı kitabının tanıtımı çərçivəsində “Fransa 5” canlı yayımlanan “C à vous” verilişində sözügedən ittihamları səsləndirərək, Fransada yaşayan müsəlmanları “müstəmləkəçi” və Fransa ərazisini “islamlaşdırmaq” üçün mübarizə aparan“işğalçılar” kimi təqdim etmişdi.

O, ölkəsində yaşayan müsəlmanlara "İslam və Fransa arasında seçim" verilməli olduğunu və Fransanın "30 ildir işğala məruz qaldığını" söyləyərək, "bir çox gənc qızın örtündüyü saysız-hesabsız Fransanın ətraflarında" "bir ərazinin islamlaşdırılması üçün mübarizə aparıldığını" iddia etmişdi.