Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatı

Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatı

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

TurkicWorld-un məlumatına görə, bu barədə şənbə günü vilayətin qubernatoru Valeri Limarenko bildirib.

Həlak olanlardan üçü uşaqdır. Qeyd olunur ki, daha 3 sakinin axtarışları davam etdirilir.

Xatırladaq ki, Saxalinin Tımovskoye qəsəbəsində məişət qazın partlaması nəticəsində beşmərtəbəli bina çöküb.