Son dəqiqə

Suriya

Rusiya Suriya müxalifəti ilə dialoq qurdu

Bakı, TurkicWorld

Rusiya Suriyada qurulan yeni hökumətlə ilk dəfə əlaqə saxlayıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, oteldə keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub. Terrorizmi bəhanə edən Rusiya bazalarda qalmaq niyyətini ortaya qoyub.

Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov, “Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub”-deyə o bildirib.

Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə olunduğunu bildirən Boqdanov, təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.

Rusiya Suriyada qalmaq istəyir

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Boqdanov, “Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz bu idi ki, terrorçulara qarşı mübarizə aparaq”-deyə o əalvə edib.

Boqdanov Rusiyanın Latakiya vilayətindəki Hmeymim aviabazasının terrorla mübarizədə mühüm rol oynadığını bildirib və bu bazanın strateji əhəmiyyətini vurğulayıb.

Boqdanov həmçinin bildirib ki, Rusiya hərbi bazalarının Suriyada qalacağına ümid edir, çünki onların bu ölkədə olması beynəlxalq terrorizmlə mübarizədə mühüm rol oynayır.

Mövzuya görə xəbərlər