Qəzzaya fasiləsiz hücumlar davam edir

Qəzzaya fasiləsiz hücumlar davam edir

Bakı. TurkicWorld:

Qəzza zolağının şimal, mərkəzi və cənub hissələri də daxil olmaqla quruda amansız hava zərbələri və əməliyyatlar aparılır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb.

Məlumata əsasən, mərkəzi bölgələrdə son 48 saat ərzində Nuseyrat, Bureyc və Mağazi də daxil olmaqla qaçqın düşərgələrinə, eləcə də insanların təxliyə edilməli olduğu Deyr əl-Bəlahın hissələrinə hücum edilib.

Qəzza şəhərinin şimalında, şərqdəki Şucayea və Zeytun məhəllələri qurudan və havadan zərbələrə məruz qalıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01