Fransanın müstəmləkəçilik siyasətinin faciəvi tərəfləri

Fransanın müstəmləkəçilik siyasətinin faciəvi tərəfləri

Bakı. TurkicWorld:

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü baş tutdu. Bakıda keçirilən görüşdə "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı Qoşulmama Hərəkatına (QHH) üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdı. Azərbaycan Prezidenti qeyd edib ki, "neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır".

"Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır", - deyən Prezident İlham Əliyev rəsmi Parisin təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməli olduğunu bildirib.

O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir".

Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən ölkələr öz problemlərini dilə gətirə bilmək üçün Qoşulmama Hərakatının tirubunasından istifadə imkanı qazandılar. İllərdir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən bu xalqlar üçün haqq səslərini dünyaya çatdırmaq olduqca vacibdir.

Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Trend-ə açıqlamasında bildirib ki, Fransa onları öz taleyləri barəsində qərar vermə hüququndan məhrum edib.

"Biz yalnız mübarizə vasitəsi olaraq hərəkatlarda birləşə bilirik. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır. Lakin reallığı dərk etdiyimiz zaman görürük ki, biz insan kimi yaşamaqdan məhrum edilmişik. Gizlədilən, görünməzdən gəlinən hüquqlarımızı üzə çıxarmalıyıq. Mən vəkiləm lakin qərarları qəbul edənlər Fransız vəkillərdir. ",- deyə o əlavə edib.

Afrika Mundus Hərəkatının üzvü, Move hərakatının(siyasi partiya) sədri Edvin Dhaiti isə açıqlamasında Fransada baş verən iğtişaşların səbəblərinə də toxunub. O qeyd edib ki, Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi müstəmləkəçi siyasətin təzahürüdür.

"Bugün həmçinin Fransada baş verən iğtişaşlar müstəmləkəçilik siyasətinin təzahürüdür. Biz müstəmləkəçilik, ifrat və bölücü siyasətə qarşı etiraz edərək təşkilatlanırıq. Mən öz ölkəm Haitini təmsil edərək,bu cür təşkilatlarda iştirak edirəm və səsimizi dünyaya çatdırmağa çalışırıq",- deyə o əlavə edib.

Tahitidən olan nümayəndə Ella Tokoragi TurkicWorld-ə açıqlamasında ölkəsində olan problemlərdən danışıb.

"Fransanın müstəmləkə siyasəti və bunun acı reallıqlarını mən bu gün öz ölkəmdə yaşayıram. 2 iyul 1966-ci ildə ilk dəfə Fransa Tahitidə ilk nüvə silahını sınaqdan keçirib. Bugünə qədər 193 sınaq həyata keçirilib. Təsəvvür edin bu sınaqlar ölkəmdə hansı problemlərə yol açıb. Bugün xəstə doğulan uşaqların hesabını itirmişik. Xalqımız xərçəng xəstələyinin müxtəlif növləri ilə üz - üzədir. Fransanın müstəmləkəçilik siyasəti bu fəlakətlərə gətirib çıxarır",- deyə o əlavə edib.

Demokratiya, insan haqlarının "müdafiəçisi" kimi pərdələnmiş Fransanın ali dəyərləri necə ayaqlar altına atdığı Bakıda hər kəsə məlum oldu. Müstəmləkə siyasətinin davam etdirilməsi yolverilməzdir. Makron hakimiyyətinin ölkədə apardığı siyasət bu gün onu üzə çıxardı ki, bütün ali məfhumlar Fransa üçün dəyər deyil, hakimiyyət maraqları hər şeydən daha üstündür.