Qırğızıstan Çindən 1 milyon dozadan çox "Sinopharm" vaksini əldə edib

Qırğızıstan Çindən 1 milyon dozadan çox "Sinopharm" vaksini əldə edib

Qırğızıstan hökuməti Çindən 1,25 milyon doza "Sinopharm" vaksininin yeni partiyasını əldə edib.

Turkic.World-un məlumatına görə, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti bildirib.
Ümumilikdə bu günədək ölkəyə 2,35 milyon doza "Sinopharm" vaksini gətirilib.
Eyni zamanda Qırğızıstan Qazaxıstan istehsalı olan "QazVac" vaksinini, eləcə də COVAX mexanizmi çərçivəsində "AstraZeneca" vaksinin ilk partiyasını əldə edib.