...

Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan

Digər xəbərlər Digər xəbərlər 31 İyul 2021 21:18
Trend Aytac Aliyeva
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan

Türkiyədə meşə yanğınlarının zərərini aradan qaldırması məqsədi ilə ilkin mərhələdə təcili tədbirlər üçün 50 milyon türk lirəsi (təxminən 6 milyon dollar) ayrılıb.

Turkic.World-un Anadolu-ya istinadən verdiyi məlumata görə, bunu şənbə günü Antalya vilayətində meşə yanğınları zonasında aparılan baxışdan sonra keçirilən mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Hər zərər çəkən dövlətdən yardım alacaq. Ziyan tam həcmdə ödəniləcək, vergi ödənişləri təxirə salınacaq. İl ərzində fəlakət zonasında bütün yanmış yaşayış binalar yenidən tikiləcək. Tikinti işləri bölgələrin memarlığının xüsusiyyətləri nəzərə alınmaqla aparılacaq", - Ərdoğan deyib.

Dövlət başçısı 31 iyul axşam saatlarına əksər meşə yanğınlarının artıq lokallaşdırıldığını və ya söndürüldüyünü qeyd edib.

Prezident xatırladıb ki, Ukrayna, Rusiya, Azərbaycan və İran Türkiyəyə kömək üçün xüsusi təyyarələr göndəriblər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti